geostasionar orbit

ру геостационарная орбита en geostationary orbit de geostationärer Orbit fr orbit géostationnaire es órbit geoestacionaria it orbita geostazionaria
genişlənmənin effektivliyi
geotermal istilik
OBASTAN VİKİ
Geostasionar orbit
Geostasionar orbit — Yerin ekvator xətti üzərində yerləşən dairəvi orbit. Bu orbitdə yerləşən süni peyk Yerin öz oxu ətafında fırlanmasının bucaq sürətinə bərabər sürətlə fırlanır və daima yer səthindəki eyni nöqtənin üstündə yerləşir. Geostasionar orbit geosinxron orbitin bir növüdür və rabitə, televiziya yayımı peyklərinin yerləşdirilməsi üçün istifadə edilir. Peyk Yerin dövretmə istiqamətində, 35 786 km yüksəklikdə fırlanmalıdır. Məhz bu yüksəklik peykə Yerin öz oxu ətrafında dövretmə sürətinə bərabər sürətlə (23 saat, 56 dəqiqə, 4,091 saniyə) fırlanmağa imkan verir. Geostasionar orbitin üstünlükləri yazıçı-fantast Artur Klarkın 1945-ci ildə "Wireless World" jurnalında dərc etdirdiyi elmi-populyar məqalədən sonra məşhurluq qazandı. Buna görə də qərbdə geostasionar və geosinxron orbitlər həmçinin "Klark orbiti", kosmik fəzanın Yerdən 36000 km hündürlükdə, ekvator xətti üzərində yerləşən hissəsi isə "Klark həlqəsi" adlandırılır. Geostasionar orbitə çıxarılan ilk süni peyk 19 avqust 1964-cü ildə ABŞ tərəfindən buraxılan "Syncom-3" olmuşdur.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
Geosinxron orbit
Geosinxron orbit — Yer ətrafında fırlanma dövrü Yerin öz oxu ətrafında fırlanma dövrünə — 23 saat 56 dəqiqə 4,1 saniyəyə bərabər olan peykin orbiti. Geostasionar – rabitə sistemlərində: peykin Yerə nəzərən tərpənməz vəziyyətinin saxlandığı orbit; buna peykin bucaq sürəti və fırlanma istiqamətinin Yerin bucaq sürəti və fırlanma istiqaməti ilə dəqiq üst-üstə salınması hesabına nail olunur. Geosinxron orbitə yerləşdirilən ilk rabitə peyki 1963-cü ildə ABŞ tərəfindən buraxılan "Syncom 2" olmuşdur. == Həmçinin bax == Geostasionar orbit Sinxron orbit == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Geostatik orbit
Geostasionar orbit — Yerin ekvator xətti üzərində yerləşən dairəvi orbit. Bu orbitdə yerləşən süni peyk Yerin öz oxu ətafında fırlanmasının bucaq sürətinə bərabər sürətlə fırlanır və daima yer səthindəki eyni nöqtənin üstündə yerləşir. Geostasionar orbit geosinxron orbitin bir növüdür və rabitə, televiziya yayımı peyklərinin yerləşdirilməsi üçün istifadə edilir. Peyk Yerin dövretmə istiqamətində, 35 786 km yüksəklikdə fırlanmalıdır. Məhz bu yüksəklik peykə Yerin öz oxu ətrafında dövretmə sürətinə bərabər sürətlə (23 saat, 56 dəqiqə, 4,091 saniyə) fırlanmağa imkan verir. Geostasionar orbitin üstünlükləri yazıçı-fantast Artur Klarkın 1945-ci ildə "Wireless World" jurnalında dərc etdirdiyi elmi-populyar məqalədən sonra məşhurluq qazandı. Buna görə də qərbdə geostasionar və geosinxron orbitlər həmçinin "Klark orbiti", kosmik fəzanın Yerdən 36000 km hündürlükdə, ekvator xətti üzərində yerləşən hissəsi isə "Klark həlqəsi" adlandırılır. Geostasionar orbitə çıxarılan ilk süni peyk 19 avqust 1964-cü ildə ABŞ tərəfindən buraxılan "Syncom-3" olmuşdur.
Orbit kilidlənməsi
Orbit kilidlənməsi (Qravitasiya kilidlənməsi və ya sinxron fırlanma) — bir cismin öz ətrafında fırlanma sürəti ilə, peyki olduğu planet və ya ulduzun orbitində fırlanma surətinin bərabər olma vəziyyəti. Bu vəziyyətdə cisim, ətrafında fırlandığı "daha böyük kütləli" cismə həmişə eyni üzü baxacaq formada fırlanır. Bu elmə sinxron fırlanma olaraq da məlumdur: nizamlı şəkildə kilidlənmiş cisim, öz oxu ətrafında peyki olduğu planet və ya ulduzun orbitində fırlanmaq üçün kifayət qədər vaxt alır. Məsələn, Ayın eyni tərəfi həmişə Yerə baxır, baxmayaraq ki, Ayın orbiti mükəmməl dairəvi olmadığı üçün bir sıra dəyişkənliyi var. Bu halda peyk, özündən daha böyük cisimə kilidlənir. Bununla birlikdə, iki cisim arasındakı kütlə fərqi və aralarındakı məsafə nisbətən azdırsa, hər biri digərinə səliqəli kilidlənə bilər; bu, Pluton və onun peyki Xaron üçün də belədir. İki cisim arasında təsir, hər iki cisimin cazibə qüvvələrinin qarşılıqlı şəkildə fırlanaraq yavaşca kilidlənənə qədər yaranır. Zamanla, milyonlarla il ərzində, təsir gücü, enerji mübadiləsi və istilik yayılması nəticəsində hər iki cisimin öz orbitlərində fırlanma nisbətləri dəyişir. Cisimlərdən biri orbit ərzində fırlanma sürətindən artıq bir dəyişikliyin olmadığı bir vəziyyətə çatdıqda bu zaman kilidlənmə baş verir. Cisim ayrılarkən bu halda yerində qalmağa meyilli olur çünki onun sistemə geri enerji ötürməsi lazımdır.